Bakı, 27 yanvar, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu elmi məqalə Q1 kateqoriyalı, yüksək impakt faktorlu jurnalda dərc olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “ABŞ-da enerji və tullantılarla bağlı patentlərin gəlir və alt növlərinin marjinal təsir təhlili vasitəsilə tullantı sektoru emissiyalarına təsirinin hərtərəfli araşdırılması” adlı məqalənin nəşr olunduğu “Renewable Energy” adlı jurnal “Scopus” elmi bazasında indekslənib.
Bu tədqiqat ABŞ-ın tullantı sektorunda emissiyalara gəlirin, müxtəlif enerji və tullantılarla bağlı patent növlərinin təsirini marjinal təsir analizi əsasında araşdırır. Tədqiqatın nəticələri ekoloji siyasət, enerji və innovasiya sahələrində elmi və praktiki əhəmiyyətə malikdir.