Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə irəli çəkiliblər.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.