EN

Qırmızı Qəsəbədə holokost qurbanlarının xatirəsi yad edilib - FOTO

Yanvarın 27-də Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə Dağ Yəhudiləri Muzeyində soyqırım qurbanların xatirəsinə həsr olunmuş tematik sərgi təşkil olunub. 

Day.Az xəbər verir ki, sərgidə XX əsrin ən dəhşətli faciələrindən biri olan Holokostun tarixi, nasistlər tərəfindən  Auşvits (Osventsim) konsentrasiya düşərgəsində amansızca qətlə yetirilən  qurbanların foto şəkilləri nümayiş olunub.

Tədbirdə  ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlon və onu müşayiət edən nümayəndə heyəti,  Beynəlxalq STMEGİ Fondunun prezidenti Qerman Raşbiloviç Zaxaryayev,  eləcə də Dağ Yəhudiləri Muzeyinin kuratoru  Vladislav İlyuşayeviç Yusupov iştirak ediblər. 

Sərgi çərçivəsində Muzeyin direktoru  İqor Aleksandroviç Şaulov  tərəfindən ali qonaqlara muzeyin fəaliyyəti, dağ yəhudilərinin tarixi, zəngin mədəni irsi, adət-ənənələri və bu icmanın Azərbaycanın tarixində oynadığı mühüm rol haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən  Emi Karlon  soyqırımla bağlı tarixi yaddaşın qorunmasının, antisemitizmə qarşı mübarizənin və keçmiş faciələrin təkrarlanmamasının vacibliyini qeyd edib.

Anım mərasimi zamanı ravvin tərəfində holokost illərində həlak olan altı milyon yəhudinin xatirəsinə dualar oxuyub, daha sonra xatirə şamları yandırılıb.

Muzey ziyarətindən sonra qonaqlar Qırmızı Qəsəbə ilə tanış olublar. Səfər çərçivəsində qəsəbədə yerləşən sinaqoqlar ziyarət edilib, Qırmızı Qəsəbənin simvollarından biri olan tarixi tağlı körpüyə səfər təşkil edilib.

Qeyd edək ki, 1945-ci ildə Auşvits (Osventsim) konsentrasiya düşərgəsinin azad edilməsi münasibətilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən  hər il  yanvarın 27-i Holokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.

  • Qırmızı
  • Qırmızı
  • Qırmızı
  • Qırmızı
  • Qırmızı
  • Qırmızı
Chosen
31
4
day.az

5Sources