AZ

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Quba, 27 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 27-də Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə Dağ Yəhudiləri Muzeyində soyqırımı qurbanların xatirəsinə həsr olunmuş tematik sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə XX əsrin ən dəhşətli faciələrindən biri olan Holokostun tarixi, nasistlər tərəfindən Auşvits (Osventsim) konsentrasiya düşərgəsində amansızca qətlə yetirilən qurbanların fotoşəkilləri nümayiş olunub.

Tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və onu müşayiət edən nümayəndə heyəti, Beynəlxalq STMEGİ Fondunun prezidenti Qerman Raşbiloviç Zaxaryayev, eləcə də Dağ Yəhudiləri Muzeyinin kuratoru Vladislav İlyuşayeviç Yusupov iştirak ediblər.

Sərgi çərçivəsində Muzeyin direktoru İqor Aleksandroviç Şaulov tərəfindən qonaqlara muzeyin fəaliyyəti, dağ yəhudilərinin tarixi, zəngin mədəni irsi, adət-ənənələri və bu icmanın Azərbaycanın tarixində oynadığı mühüm rol haqqında ətraflı məlumat verilib.

Çıxış edən Emi Karlon soyqırımı ilə bağlı tarixi yaddaşın qorunmasının, antisemitizmə qarşı mübarizənin və keçmiş faciələrin təkrarlanmamasının vacibliyini qeyd edib.

Anım mərasimində Holokost illərində həlak olan yəhudilərin xatirəsinə dualar oxunub, xatirə şamları yandırılıb.

Sonra qonaqlar Qırmızı Qəsəbə ilə tanış olublar. Səfər çərçivəsində qəsəbədə yerləşən sinaqoqlar ziyarət edilib, Qırmızı Qəsəbənin simvollarından olan tarixi tağlı körpüyə səfər təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
azertag.az

5Mənbələr