EN

Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini TƏYİN OLUNDU

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Zaur Əliyev və Seymur Səfərli Məcnun Məmmədovun müavini təyin ediliblər.

Qeyd edək ki, bu təyinata qədər Zaur Əliyev nazir müşaviri, Seymur Səfərli isə Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Onu da qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, Sarvan Cəfərov Kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub. Onun yaxın günlərdə başqa bir yüksək posta təyin olunacağı gözlənilir.

Bizim.Media

Chosen
87
18
bizim.media

10Sources