Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini və köməkçisi vəzifədən azad edilib.
NOCOMMENT.az-ın məlumatına görə, bununla bağlı icra başçısı Firdovsi Əliyev müvafiq əmrlər imzalayıb.
Belə ki, Arif Ağayev icra başçısının müavini, Elvar Səfərov isə icra başçısının köməkçisi vəzifəsindən azad ediliblər.
Digər əmrlərlə A.Ağayev icra başçısının Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, E.Səfərov isə RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna məsləhətçi vəzifəsinə təyin olunub.
Hazırda müavin və köməkçi vəzifələri isə vakansiyaya çıxarılıb. (İqtisadiyyat.az)
