EN

Vəli Əkbər vəzifəsindən ayrıldı

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən azad edib.

"Yeni Sabah" Konkret.az-a istinadən xəbər verir ki, onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.

Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir.

Məlumata görə, o, Televiziya Akademiyasına prorektor təyin edilib. Vəli Əkbər bildirib ki, o səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb.


Telegram kanalımız
Chosen
93
16
yenisabah.az

10Sources