Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşdə sakinlər tərəfindən maddi yardım, işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.
Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.








Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.