AZ

Əraqçi ilə Uitkoff qeyri-rəsmi danışıqlar aparırlar

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff arasında mesaj mübadiləsi aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni deyib. 

"Xarici işlər nazirimizlə Uitkoff arasında müxtəlif məsələlərlə bağlı qeyri-rəsmi fikir mübadiləsi aparılır, lakin bunları danışıqlar adlandırmaq çətindir", - deyə Bəhreyni bildirib. 

Qeyd edək ki, 22 yanvarda ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin "ehtiyat üçün" İrana doğru hərəkət etdiyini bildirib. Bundan əvvəl o, İrana hərbi müdaxilə variantının aradan qaldırılıb-qaldırılmadığı sualına qəti cavab verə bilməyib və yalnız gələcəkdə nələrin baş verəcəyini təxmin edə bilməyəcəyini bildirib.

Seçilən
128
3
bakivaxti.az

10Mənbələr