Bakı. Trend:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığortahaqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham ƏliyevQanun imzalayıb.
Qanuna əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və yaalternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verildikdəona orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinətödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbixidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmişşəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günükeçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həminorqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəldövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdanbilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmişdövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqlarımüddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.
Dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindənxəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdədövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıqdövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Dövlət qulluqçusunun "Əmək pensiyaları haqqında" Qanuna uyğunolaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlətqulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitamverildikdə digər pensiya növünün təyin edilməsindən asılı olmayaraqona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilənardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıqməbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək və buməbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digəricbari ödənişlər tutulmayacaq.