EN

Əbu-Dabidə Rusiya və Ukrayna hansı məsələdə razılaşıblar? - AÇIQLAMA

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıq keçirilib. Lakin mətbuata nəticələr haqda məlumat verilməyib.

Bəs mümkün nəticələr necə ola bilər? 

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazinin sözlərinə görə, Əbu-Dabidə üçtərəfli görüş öncəsi ABŞ və Ukrayna prezidentləri arasında Davosda Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirilib və görüşün detallarından belə məlum oldu ki, ABŞ və Ukrayna arasında təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq artıq əldə olunub, hətta imzalanmaq üçün sənəd belə hazırdır:

"Bu, Ukraynanın böyük ehtimalla Donbası Rusiyaya kompromisə getməsini göstərir, çünki ABŞ Ukraynaya yalnız təhlükəsizlik zəmanətini diqtə etdiyi şərtlər altında verəcəyini əvvəlcədən bildirmişdi. Bu baxımdan Əbu-Dabidə baş tutan üçtərəfli görüş, əlbəttə ki, bu istiqamətdə, yəni mövcud şərtlər altında sülh danışıqlarının davam etməsi olaraq qəbul etmək olar və Əbu-Dabidə razılığın əldə olunma ehtimalı bu səbəbdən çoxdur. Razılaşmanın ictimaiyyət üçün hələlik açıqlanmaması ola bilər ki, əldə olunan nəticənin kövrək olması ilə bağlıdır. Çünki hər iki ölkənin bu istiqamətdə sağı-solu bəlli deyil və kənardan proseslərə müdaxilə edə biləcək qüvvələrin mövcudluğu bu addımı atmağa tərəfləri məcbur edir. Göründüyü kimi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri çox vacibdir və bu istiqamətdə israrla prosesi davam etdirməyə çalışır".

Politoloq vurğuladı ki, Ukrayna tərəfi torpaqların bütövlükdə qorumağın vacib olduğunu bir daha qeyd edib:

"Rusiyanın şərtləri isə dəyişməz olaraq qalır və Ukrayna prezidenti yenidən Rusiyanın şərtlərini qəbuledilməz olduğunu bildirib və paralel olaraq keçirilən görüşləri konstruktiv adlandırıb. ABŞ çalışır ki, tərəflər arasında qarşılıqlı hörmət və ehtiram bərpa edilsin və dialoq mühiti pozulmasın. Bu baxımdan ABŞ bu görüşü daha geniş sülh çərçivəsinə daxil olan dialoqun bir hissəsi kimi təqdim edir və növbəti raundun 1 fevralda keçirilməsini planlaşdırır. Bütün bunlar verilən kritik bəyanatlar fonunda irəliləyiş əlamətlərini də özündə əks etdirir və əlbəttə ki, tərəflər arasında ən kritik toqquşma nöqtəsi ərazi məsələləridir. Bu baxımdan görüşlərdə bu istiqamətdə razılıq olmasa da, danışıqlar prosesini davam etdirməkdə fayda olduğunu düşünürəm".

Aytəkin TOFİQQIZI

Chosen
45
36
redaktor.az

10Sources