Türkiyədə işgüzar səfərdə olan Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov bir sıra ali təhsil müəssisələrini ziyarət edib və rəhbər heyətləri ilə görüşlər keçirib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşlərin əsas məqsədi müdafiə sənayesi sahəsində kadr hazırlığı, elmi-tədqiqat imkanları, qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərini müəyyənləşdirmək və gənc mütəxəssislər üçün mübadilə proqramlarının həyata keçirilməsi imkanlarını müzakirə etmək olub.
Universitet rəhbərləri təmsil etdikləri ali təhsil müəssisələrinin elmi-tədqiqat infrastrukturu, müdafiə sənayesinə yönəlik ixtisaslaşmış təhsil imkanları və süni intellekt texnologiyalarının tətbiqi sahəsində əldə etdikləri təcrübə barədə danışıblar.
Səmimi və konstruktiv şəraitdə keçən görüşlərdə qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və bu cür görüşlərin mütəmadi təşkil edilməsi barədə razılığa gəlinib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */


