EN

"Tramp çıxışlarında dəfələrlə İlham Əliyev haqqında yüksək fikirlər söyləyib"

"Son zamanlar Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir. Əlbəttə, dünyanın supür-güc dövləti olan ABŞ-la münasibətlərin genişlənməsi məmnunluq doğurur. ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında yüksək fikirlər söyləyib".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Parlamentari bildirib ki, bu fakt dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir.

"Donald Trampın fevral ayında vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfər edəcəyini bəyan edib. Səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır. Bu, çox müsbət haldır. Müstəqillik tariximizdə ilk dəfədir ki, ABŞ-dan ən yüksək ranqlı rəsmi şəxs Azərbaycana gələcək. əlbəttə, bu, təsadüfi sayıla bilməz.

Bilirsiniz ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla-ABŞ arasında münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Münasibətlərdə yeni səhifə açıldığını təsdiqləyən iki faktı xüsusi qeyd edə bilərik. Bunlardan biri Ağ Evdə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu sənədin imzalanması və artıq tərəflərin müvafiq proseslərə start vermələri bir daha təsdiqləyir ki, hər iki ölkə qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdır.

Chosen
92
2
publika.az

3Sources