Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib.
Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.
Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da Hayderson
Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.