Misli Premyer Liqasının XVIII turunda "Sumqayıt" "Karvan-Yevlax" qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sumqayıt təmsilçisinin heyətində Aleksa Yankoviç (20) və Ronaldo Vaskez (33) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 30-a yüksəldən "Sumqayıt" 4-cü pillədə yer alıb.
6 xalı olan "Karvan-Yevlax" isə turnir cədvəlinin sonuncusudur.