EN

Masallıda ağır qəza: Həlak olan qazi atasıdır

Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir. (Qafqazinfo.az)

Bizim.Media

Chosen
19
11
bizim.media

10Sources