EN

Salyanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Salyan rayonu ərazisində bir neçə nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəzada xəsarət

alanlar olub. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib.

Xəstəxanadan verilən məlumata görə, hadisə səbəbi ilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Chosen
46
50
yeniazerbaycan.com

10Sources