AZ

Hacıqabulda palçıq vulkanı püskürüb - Foto

Bu gün yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanın püskürməsi qeydə alınıb..

Poliqon xəbər verir ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

***

Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.

Poliqon.info

Seçilən
40
5
poliqon.info

10Mənbələr