EN

“Apokalipsis” filminin qəhrəmanı həbs edildi

Mel Gibsonun “Apokalipsis” filmindəki “Yaquar pəncəsi” rolu ilə daha çox tanınan aktyor Rudi Yanqblad ABŞ-nin Texas ştatında narkotik saxlama və ticarəti ittihamı ilə həbs edilib.

NOCOMMENT.az xəbər verir ki,  bu barədə TMZ portalı məlumat yayıb.

Yanqbladın üzərində birdən dörd qrama qədər miqdarda qadağan olunmuş maddə aşkar edilib.

Buna görə onu iki ilə qədər həbs müddəti və ya 10 min dollar məbləğində cərimə gözləyir.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında 43 yaşlı artist məişət zorakılığına görə həbs olunmuşdu. /Oxu.Az/

Apokalipsis

Chosen
98
7
nocomment.az

10Sources