Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Imedi TV-yə müsahibəsində söyləyib.
“Yeganə vəzifə artan yük dövriyyəsinə çatmaq üçün infrastrukturu maksimum dərəcədə artırmaqdır. Belə artım şəraitində alternativ dəhliz yalnız tranzit funksiyanı tamamlayacaq. Qonşularımız arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayırıq.
Tranzit funksiyamıza gəldikdə isə bunun inkişafına çox böyük investisiyalar yatırırıq. Bu, tranzitin daim artması ilə bağlı müsbət gözləntilərə əsaslanır”- deyə, Kobaxidze bildirib.
AzVision.az