Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Imedi TV-yə müsahibəsində söyləyib. “Yeganə vəzifə artan yük dövriyyəsinə çatmaq üçün infrastrukturu maksimum dərəcədə artırmaqdır. Belə artım şəraitində alternativ dəhliz yalnız tranzit funksiyanı tamamlayacaq. Qonşularımız arasında münasibətlərin bərpasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayırıq. Tranzit funksiyamıza gəldikdə isə bunun inkişafına çox böyük investisiyalar yatırırıq. Bu, tranzitin daim artması ilə bağlı müsbət gözləntilərə əsaslanır”- deyə, Kobaxidze bildirib. AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.