EN

Bakıda musiqiçi faciəli şəkildə öldü

Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.

7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.

B.Əzimov saz ifaçısı kimi tanınırdı.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
 

Chosen
144
50
7news.az

10Sources