Ajans.az "Report"a istinadən xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Nərimanov rayonu, Xətai küçəsi, ev 33, mənzil 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında qəflətən ölüb. Faktlarla bağlı araşdırma aparılır.