EN

Bakı Metrosunda xüsusi iş rejimləri tətbiq olunmağa başlandıVİDEO

Sabah metronun bir neçə stansiyası gücləndirilmiş iə rejimində işləyəcək.

Xezerxeber.az xəbər verir ki, 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq metroda xüsusi nəzarət tədbirləri görüləcək. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətinin rəisi Anar Zamanov bildirib ki, sabah qeyri-iş günü olsa da, sərnişin axınının nizamlanması məqsədilə qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Sabah saat 12:00-da isə bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidləri əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Eyni zamanda Yanvarın 21-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar olaraq Bakı Metrosu dəyişdirilmiş iş rejimində çalışacaq.

Bildirildi ki, Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun tənzimlənsə də, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
172
xezerxeber.az

1Sources