Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artıq 4 ildir ki, icra olunan layihəmiz çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçirilir:
"Ötən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan 132 uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib. Uşaqlar Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar. Eyni zamanda ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyaları təşkil edilib. 2022-ci ildən bu günədək isə 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb".