AZ

Ukraynadan Azərbaycana 132 uşaq gətirilib

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ildə Ukraynadan Azərbaycana dörd qrup olmaqla 132 uşaq gətirilib.

Modern.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Behbudov vurğulayıb ki, uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar:

"Artıq dörd ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçiririk. Onlar üçün ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyalar təşkil edilib. 2022-ci ildən bu günədək 360 ukraynalı uşaq Azərbaycanda reabilitasiya xidmətlərindən yararlanıb".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
121
6
modern.az

8Mənbələr