Hazırda dünyada gedən müharibələrin əksəriyyəti bizim coğrafiyaya yaxındır. Daxili münaqişələri də nəzərə alsaq, hazırladığımız xəritədə harada yaşadığımızı daha dəqiq görə bilərik. 2 min km radiusda 5-6 müharibə ocağı mövcuddur.
Maraqlıdır, beynəlxalq münasibətlər üzrə nəzəriyyələrin bu vəziyyətə dair izahı nədir?
Realizmə görə dünyada həmişə mövcud olan anarxik beynəlxalq sistemin mahiyyəti elə budur.
Yəni bu xəritədə normlar yox, hərbi reallıqlar əvvəlcə gəlir.
Neorelist Kenneth Waltzın yanaşmasına görə bölgədə bu vəziyyətin səbəbi qlobal güclərin toqquşma zonasına düşməsidir. ABŞ, Rusiya,Çin üçbucağında qalan Orta Şərq və Şərqi Avropa təzyiq zonasına düşür( biz də şərqi Avropaya aidik).
Liberalistlərə görə qlobal nizamın uğursuzluq nümunəsidir.
Konstruktivizmçilərə görə isə bölgədə dövlətlərin güclü millil kimlik davası gedir.
Klassik Maklinder və Spaykmana görə isə Heartland və Rimland savaşı gedir.
Xəritənin təhlili göstərir ki, beynəlxalq sistem post-liberal xaosa daxil olub.
Müharibələr lokal deyil, bir-biri ilə əlaqəlidir.
Əsas sual:
Bu qədər müharibə zonasında Bakı necə salamat qalır?
Bakı təhlükəsizlik formulunu tapdı - Ermənistanı məğlub edərək, geosiyasətdə ciddi hərbi-siyasi müttəfiqlik münasibətləri qurdu.
Bakı balans diplomatiyasının ən nadir nümunələrdən biridir.
Bakl regional rasionalizmin ana qaydalarını tapa bildi.
Əziz Əlibəyli
Beynəlxalq münasibətlər üzrə şərhçi