AZ

Azərbaycan bu qədər müharibə zonasında necə salamat qalmağı bacarır? – Şok açıqlama

Hazırda dünyada baş verən qlobal hadisələr ciddi siyasi analiz tələb edir. Belə ki, dünyanın dörd bir tərəfində tüğyan edən müharibələr bizim regionu da təhlükə altında qoyur. Lakin maraqlı məqam ondan ibarətdir ki, qloballaşan və təhlükə saçan dünyada Azərbaycan öz sabitliyini qorumağı və təhlükələri neytrallaşdırmağı bacarır. Bəs rəsmi Bakı buna necə nail olur?

Məsələ ilə bağlı NOCOMMENT.az-a fikir bildirən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, hazırda dünyada gedən müharibələrin əksəriyyəti bizim coğrafiyaya yaxındır:

Əziz
Əziz Əlibəyli

“Daxili münaqişələri də nəzərə alsaq, hazırladığımız xəritədə harda yaşadığımızı daha dəqiq görə bilərik. 2 min km radiusda 5-6 müharibə ocağı mövcuddur. Realizmə görə dünyada həmişə mövcud olan anarxik beynəlxalq sistemin mahiyyəti elə budur. Yəni bu xəritədə normlar yox, hərbi reallıqlar əvvəlcə gəlir. Neorealist Kenneth Waltzın yanaşmasına görə bölgədə bu vəziyyətin səbəbi qlobal güclərini toqquşma zonasına düşməsinə görədir. ABŞ, Rusiya, Çin üçbucağında qalan orta şərq və

Şərqi Avropa təzyiq zonasına düşür. Bu arada biz də şərqi Avropaya aidik. Liberalistlərə görə qlobal nizamın uğursuzluq nümunəsidir. Konstruktivizmçilərə görə isə bölgədə dövlətlərin güclü millil kimlik davası gedir. Klassik Maklinder və Spaykmana görə isə Heartland və Rimland savaşı gedir. Xəritənin təhlili göstərir ki, beynəlxalq sistem post-liberal xaosa daxil olub.

Müharibələr lokal deyil, bir-biri ilə əlaqəlidir. Bəs bu qədər müharibə zonasında Bakı necə salamat qalır?. Bakı təhlükəsizlik formulunu tapdı. Ermənistanı məğlub edərək, geosiyasətdə ciddi hərbi-siyasi müttəfiqlik münasibətləri qurdu. Bakı balans diplomatiyasının ən nadir nümunələrdən biridir. Azərbaycan regional rasionalizmin ana qaydalarını tapa bilib”, – deyə ekspert vurğulayıb.

Seçilən
125
2
nocomment.az

5Mənbələr