EN

ABŞ göstəriş verdi: təyyarədaşıyan gəmi bu bölgəyə gəldi

ABŞ "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi təyyarədaşıyan zərbə qrupunu Cənubi Çin dənizindən Yaxın Şərqi əhatə edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına köçürür.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın "NewsNation" nəşri mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Donald Tramp administrasiyası ilə İran rejimi arasında artan gərginlik fonunda bu addım atılıb. Mənbə qeyd edib ki, missiya bir neçə digər döyüş gəmisi və ən azı bir hücum sualtı qayığını da əhatə edən "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin zərbə qrupunun bir hissəsidir. Onların yerləşdirilməsinin təxminən bir həftə davam edəcəyi gözlənilir.

Chosen
175
45
publika.az

8Sources