AZ

ABŞ İrana hücum edəcək? – Yaxın Şərqə daha bir hərbi gəmi göndərildi

ABŞ
ABŞ Yaxın Şərqdə hərbi-dəniz qüvvələrinin sayını artırır. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın CBS News telekanalı Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlığı davam etdirdiyini və bu çərçivədə bölgəyə daha bir esmines göndərdiyini yazıb. Bununla da ABŞ-nin regiondakı esmineslərinin sayının 6-ya çatdığı bildirilir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin adının açıqlanmasını istəməyən rəsmisi “USS Delbert D. Black” esminesinin Yaxın Şərqə yerləşdirildiyini açıqlayıb. Qeyd olunub ki, bölgədə əlavə olaraq daha 3 hərbi gəmi və “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi də mövcuddur. Telekanala danışan rəsmilər Türkiyə də daxil olmaqla region ölkələrinin ABŞ ilə İran arasında diplomatik dialoq üçün zəmin formalaşdırmağa çalışdıqlarını bildiriblər. ABŞ Prezidenti Donald Tramp yanvarın 28-də sosial media hesabında paylaşım edərək, İrana doğru nəhəng “Armada”nın irəlilədiyini qeyd edib və Tehranı razılaşmaya çağırıb. O, əks halda daha ağır hücumun mümkün olacağı barədə xəbərdarlıq edib. Tramp bildirib ki, sözügedən donanma “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında fəaliyyət göstərir və Venesuelaya göndərilən donanmadan daha böyükdür.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə yanvarın 26-da “USS Abraham Lincoln” təyyarədaşıyan zərbə qrupunun regional təhlükəsizlik və sabitliyi dəstəkləmək məqsədilə Yaxın Şərqə yerləşdirildiyini açıqlayıb.

Seçilən
45
45
1news.az

10Mənbələr