EN

Bakıda ana övladını bıçaqladı

BAKI, 14 yanvar. TELEQRAF

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Kazımova SəbirəƏləkbər qızı anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.

Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Chosen
221
8
teleqraf.com

10Sources