Milyonçu Ağamusa Nağıyevin nəvəsi, Tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva APA-ya müsahibə verib. O, müsahibəsində babasının İsviçrə banklarındakı milyonlarının qaytarılacağı təqdirdə hansı addımı atmasından danışıb.
Bakıvaxtı.az xəbər verir ki, vəsait qaytarılacağı təqdirdə Dilarə Nağıyeva babasının 100 bina tikmək arzusunu yerinə yetirmək niyyətini açıqlayıb:
"Böyük Britaniya və İsveçrə banklarındakı vəsaiti qaytarmaq çox çətin məsələdir. Dəfələrlə insanlar tapılıb, müəyyən faiz müqabilində köməklik etmək istəyiblər. Bu 35 il ərzində bəlkə on nəfər meydana çıxıb, hamısı mənimlə müqavilə bağlayıb, işə başlayıblar, amma nə isə alındıra bilməyiblər. Lakin vəsait qayıtsa, onu özüm üçün istifadə etməyəcəm. Mən demişəm ki, pullar Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Və Ağamusa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam", - o deyib.
Xatırladaq ki, AÄŸamusa Nağıyev 1849-cu ildÉ™ BilÉ™cÉ™ridÉ™ anadan olub. Bakı nefti sayÉ™sindÉ™ varlanan iÅŸ adamı Bakıda bir sıra tikililÉ™rin, o cümlÉ™dÉ™n bu gün onun adını daşıyan xÉ™stÉ™xananı inÅŸa edib. AÄŸamusa Nağıyev 1919-cu il martın 4-dÉ™ Bakıda vÉ™fat edib.Â