ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan və ABŞ Maliyyə Nazirliyinin hesablarında saxlanılan gəlirlərin qorunması məqsədilə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə göstəriş verib.
Â
Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Â
Sənəddə qeyd olunur ki, Tramp Venesuela neftindən əldə olunan gəlirlərin həbs olunmasının və ya məhkəmə çəkişmələrinin qarşısının alınması üçün fövqəladə vəziyyət rejimi elan edən sərəncam imzalayıb.
Â
Qeyd olunub ki, bu addım həmin vəsaitlərin ABŞ-ın xarici siyasət məqsədlərinə uyğun şəkildə qorunub saxlanmasını təmin etməyə yönəlib.
Â
APA
Tarix: 11 Yanvar 2026, 00:56Â Â Â