AZ

Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına rüsum tətbiqi edib

ABŞ administrasiyası bu addımı milli təhlükəsizlik və xarici siyasət maraqları ilə əsaslandırır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kubaya neft satan və ya hər hansı formada neft tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumlarının tətbiqini mümkün edən sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, ABŞ birbaşa və ya dolayı yolla Kubaya neft satışı və ya tədarükü həyata keçirən istənilən dövlətin məhsullarına əlavə advalor rüsum müəyyən edə bilər. Sərəncamda mümkün rüsumların konkret həcmi göstərilmir.

Sənəddə həmçinin vurğulanır ki, prezident rüsumların tətbiqi ilə bağlı qərarı yenidən nəzərdən keçirmək və ya dəyişmək səlahiyyətinə malikdir. Bu, Kuba və ya rüsumlardan təsirlənən ölkələrin “təhdidin aradan qaldırılması üçün ciddi addımlar atacağı”, yaxud öz siyasətlərini ABŞ-nin milli təhlükəsizlik məqsədlərinə və xarici siyasət maraqlarına uyğunlaşdıracağı halda mümkün ola bilər.

Qeyd olunur ki, Donald Tramp bundan əvvəl də Kubanın vəziyyəti ilə bağlı sərt açıqlamalar verib. Onun sözlərinə görə, Venesueladan neft tədarükünün dayandırılmasından sonra Kuba ciddi böhranla üz-üzədir və “uçurumun kənarında asılı vəziyyətdədir”. Tramp eyni zamanda Kubaya yanacaq tədarükünü davam etdirəcək dövlətlərə qarşı tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq edib.

Poliqon.info

Seçilən
80
2
poliqon.info

10Mənbələr