EN

Türkiyədə narkotik əməliyyatı - 424 şübhəli saxlanılıb

Türkiyədə son iki həftə ərzində narkotik satıcılarına qarşı aparılan əməliyyatlarda 1 ton 343 kiloqram narkotik və 178.615 narkotik həbi müsadirə edilib.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.Nazir bildirib ki, əməliyyatlar çərçivəsində 424 şübhəli saxlanılıb, onlardan 162-si həbs olunub, 70-i məhkəmə nəzarəti altına alınıb və digərləri ilə bağlı proseslər davam edir.

İlahə QənbərliMissiya.Az

Chosen
46
11
missiya.az

10Sources