AZ

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat - 259 həbs edilib

Türkiyədə kibercinayətkarlıqla mübarizə çərçivəsində 259 şübhəli saxlanılıb.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb."Son 5 gün ərzində təhlükəsizlik qrupları tərəfindən aparılan əməliyyatlarda 259 şübhəli saxlanılıb, onlardan 131 nəfəri həbs edilib və 66-sına məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Araşdırmalar davam etdirilir",-nazir bildirib.

İlahə QənbərliMissiya.Az

Seçilən
130
11
missiya.az

10Mənbələr