EN

Kadırovun vəziyyəti pisləşdi, Putinin iclasına getmədi

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Çeçenistan Prezidenti Ramzan Kadırov “Gossovet” iclasında iştirak etməyib.

Axar.az xəbər verir ki, bu barədə “Novaya Yevropa” qəzeti məlumat yayıb.

Məlumata görə, Moskva şəhərində Vladimir Putinin sədrliyi ilə ənənəvi Yeni il öncəsi “Gossovet” iclası keçirilib. İclasa bütün regionların nümayəndələri qatılıb, yalnız Çeçenistan lideri burada yer almayıb. Çeçenistan Prezidenti Ramzan Kadırov iclasa şəxsən qatılmaq üçün Moskvaya gəlib. Lakin onun səhhəti qəfil pisləşib və Kadırov prezident administrasiyasının Mərkəzi Klinik Xəstəxanasına reanimobillə çatdırılıb. Kadırovun yaxın çevrəsindən mənbə bildirib ki, Moskvada onu çətinliklə ayıltdılar, sonra evə qayıtdı və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
171
14
axar.az

10Sources