EN

Azərbaycana Yaxın Şərqdən turist axını 12 % artıb

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-noyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 273 116 turist gəlib.

"Cebheinfo.az" xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.

11 ay ərzində Yaxın Şərq ölkələri arasında ən çox turist Səudiyyə Ərəbistanından gəlib - 99 196 nəfər. Bu,1 il əvvələ nisbətən 5,7 % çoxdur.

Bundan əlavə, İsraildən - 59 917 (2,2 dəfə çox), BƏƏ-dən - 37 041 (-1,7 %), Küveytdən - 24 566 (-16,7 %), Omandan - 15 774 (-32,6 %), İordaniyadan - 9 745 (+49,6 %) Misirdən - 7 338 (-3,7 %), İraqdan - 6 631 (+29,8 %), Bəhreyndən – 4 717 (-13,9 %), Yəməndən - 2 854 (-6,3 %), Qətərdən – 2 434 (-18,3 %), Livandan – 1 270 (-2,1 %), Fələstindən – 1 257 (+ 10,4 %), və Suriyadan nəfər 376 (-5,8 %) turist gəlib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər və yaxud 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
180
41
cebheinfo.az

10Sources