Bakı. Trend:
Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdənbaşlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılıolacağı, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalolunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağıehtimalı var.