AzVision.az xəbər verir ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:01-də Gülməmmədovlar ailəsində oğlan uşağı doğulub. 2,6 kiloqram çəkisi olan körpə keysəriyyə əməliyyatı ilə dünyaya gəlib və tam sağlamdır. Yeni ilin ilk dəqiqəsində dünyaya göz açan körpənin valideynləri uşağa Rəsul adı verəcəklərini deyiblər.
TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi Şamaxıda dünyaya gəlib. Belə ki, 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.
Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir. Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.
AzVision.az