Dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhərində yaşayan Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib.
Xezerxeber.az xəbər verir ki, 2,6 kiloqram çəkidə doğulan uşaq tam sağlamdır.
Uşaq qeysəriyyə kəsiyi əməliyyatı ilə dünyaya gəlib.
TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi isə şamaxıda dünyaya gəlib.
Yanvarın 1-i saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kiloqram 200 qramdır.
Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.