EN

Makronu Bricit Bardonun dəfninə dəvət etmədilər

Mərhum aktrisa Bricit Bardonun ailəsi Fransa Prezidenti Emmanuel Makronu dəfn mərasiminə dəvət etməyib.

Publika.az Fransa mediasına istinadən xəbər verir ki, ailə sənətçi üçün rəsmi tədbirdən də imtina edib.

Yelisey Sarayı rəsmi vida mərasimin təşkili üçün sənətçinin qohumları ilə əlaqə saxlasa da, cavab ala bilməyib.

Bardonun dəfn mərasimi yanvarın 7-də dənizkənarı Sen-Trope şəhərindəki kilsədə keçiriləcək.

Chosen
123
2
publika.az

10Sources