EN

“Real”da ağır itki – Mbappe 4 oyun olmayacaq

“Real”ın hücumçusu Kilian Mbappenin ayaq əzələsində burxulma aşkarlanıb.

Msport.az xəbər verir ki, Fransa millisinin üzvü tibbi-müayinədən keçib və məlum olub ki, onun dincəlməsinə ehtiyac var.

Bu səbəbdən də forvard bir neçə həftə yaşıl meydanlardan kənardan qalacaq.

Fransa mətbuatının yazdığına görə, Mbappe La Liqada “Betis” (4 yanvar), “Levante” (20 yanvar), İspaniya Superkubokunun yarımfinalında “Atletiko” (8 yanvar) və Çempionlar Liqasında “Monako” ilə (20 yanvar) oyunları buraxmalı olacaq.

Mbappe son vaxtlar ayağında ağrılar ola-ola meydana çıxıb və bu onun sürətinə təsir göstərirdi.

 

Chosen
37
msport.az

1Sources