EN

Suraxanı rayonunda evdə yanğın - Xəsarət alan var

Bakı şəhərinin Suraxanı rayonunda evdə yanğın olub, xəsarət alan var.

Bu barədəÖlkə.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
46
18
olke.az

10Sources