AZ

Suraxanıda evdə YANĞIN - Xəsarət alan var

Bakının Suraxanı rayonunda yanğın olub.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 70 m² (hər mərtəbəsi 35 m²) olan ikimərtəbəli 2 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
32
18
manset.az

10Mənbələr