EN

ADY istiqrazlarına 331 investor maraq göstərib

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərbaycan Dəmir Yolları" QSC-nin 30 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Avtosfer.az-a BFB-dən bildirilib. Məlumata görə, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 331 investor 30 milyon dollarlıq 380 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
2
avtosfer.az

6Sources