Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Xalq Bank" ASC-nin 5 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə FED.az-a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqraz abunə yazılışı üsulu ilə yerləşdirilib. İstiqrazlara 72 investor 5 milyon manatlıq 72 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.