EN

Polkovnik Mirtənzil Seyidəliyev vəfat etdi -

Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidəliyev vəfat edib.Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.

O, 1992-ci ilin mart ayından 1994-cü ilin sentyabr ayına kimi DİN Daxili Qoşunların Baş İdarəsinin Hərbi Hospitalınin ilk rəisi, 1994-cü ilin oktyabr ayından 1999-cu ilin dekabr ayına kimi Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəsinin tibb xidməti rəisi və tibb şöbəsinin baş zabiti vəzifəsində xidmət edib. M.Seyidəliyev 2000-2006-cı illərdə Ədiliyə Nazirliyinin Mərkəzi Xəstəxanasında Narkologiya şöbəsinin rəisi olub.

Chosen
85
50
metbuat.az

10Sources