EN

Fon der Lyayen: Kiyev üçün ilk gündən möhkəm təhlükəsizlik zəmanətləri vacibdir

Fon der Lyayen: Kiyev üçün ilk gündən möhkəm təhlükəsizlik zəmanətləri vacibdir

Ukraynaya müharibənin dayandırıldığı ilk gündən etibarən möhkəm təhlükəsizlik zəmanətləri təmin edilməlidir.

AFN.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib. Bu barədə o, X sosial şəbəkə hesabında ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra yazıb.

Fon der Lyayen qeyd edib ki, ABŞ və Ukrayna prezidentləri ilə birgə bir neçə Avropa liderinin iştirakı ilə keçirilən təxminən bir saatlıq telefon danışığında sülh danışıqlarının perspektivləri müzakirə olunub.

“Əldə olunmuş irəliləyiş müsbət qiymətləndirilir. Avropa hazırdır ki, Ukrayna və ABŞ tərəfdaşlarımızla birlikdə bu irəliləyişi möhkəmləndirsin. Bu səylərdə əsas məsələ ilk gündən möhkəm təhlükəsizlik zəmanətlərinin mövcudluğudur” - deyə Avropa Komissiyasının sədri vurğulayıb.

Danışıqlarda Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksander Stub, Polşa prezidenti Karol Navrotski, Böyük Britaniya baş naziri Keyr Starmer, İtaliya baş naziri Corcia Meloni və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.

Chosen
35
47
afn.az

10Sources