AZ

Trampın keçmiş müşaviri fon der Leyeni "dəli"ADLANDIRDI

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Mayk Flinn Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin 2030-cu ilə qədər 500 milyon uşağı peyvənd etmək üçün Bill Qeytslə birgə səylərini şərh edib.

Redaktor.az "USA Today"ə istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Flinn paylaşımında "o, sizin uşaqlarınızdan nifrət edir. O, hətta dəli kimi görünür" sözlərini yazıb.

Xatırladaq ki, mayın 4-də Avropa Ədalət Məhkəməsi fon der Leyeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin alınması üçün müqavilələr barədə məlumatları gizlətməkdə günahkar bilib.

Seçilən
16
47
redaktor.az

10Mənbələr